Helmut Şmidt 97 yaşında öldü
10 noyabr 2015 20:59 (UTC +04:00)

Helmut Şmidt 97 yaşında öldü

Almaniyanın sabiq kansleri Helmut Şmidt  97 yaşında Hamburqda vəfat edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “DPA” agentliyi məlumat yayıb.

 

Almaniyanın beşinci kansleri Helmut Şmidt  1974-cü ildən 1982-ci ilədək hakimiyyətdə olub.

 

Onun hakimiyyəti dövründə Almaniya neft böhranları, 70-ci illərin kəskin işsizliyi, 1977-ci ilin “alman payızı” – “Qızıl Ordu Fraksiyası” (Rote Armee Fraktion ) ekstremist hərəkatının terroru və s. kimi bir çox çağırışlarla mübarizə aparıb.   

 

Sentyabrın 2-də  Helmut Şmidt ayağından (damarda tromb) əməliyyat olunub. 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 273
avatar

Oxşar yazılar