Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) tərkibində Dövlət Təhlükəsizlik Xidməti (DTX) yaradılıb. Lent.az AzərTAc-a istinadən xəbər verir ki, ölkənin daxili işlər naziri Vaxtanq Qomelauri bildirib ki, DTX-yə əks-kəşfiyyat, antiterror mərkəzi və korrupsiyaya qarşı mübarizə xidməti daxildir. Qanuna əsasən, DTX-nin rəisi 6 illik müddətə təyin olunacaq və bu xidmətə ardıcıl iki dəfə rəhbərlik edə bilməz.
DTX-nin rəisi vəzifəsinə baş nazir tərəfindən irəli sürüləcək namizəd parlamentdə təsdiq olunduqdan sonra fəaliyyətə başlayacaq.