Gürcüstanda 30 yaşlı azərbaycanlı qadın intihar etdi
09 oktyabr 2014 03:35 (UTC +04:00)

Gürcüstanda 30 yaşlı azərbaycanlı qadın intihar etdi

0

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə “Rustavi-2” televiziya kanalı məlumat yayıb.

 

"Intihar etmiş qadını asılmış vəziyyətdə ailə üzvləri tapıb.  Ləmbəli kənd sakinləri intiharı bir  gün əvvəl baş vermiş hadisə ilə əlaqələndiriblər. 30 yaşlı Ləmbəli kənd sakini Xanım Ceyranovanı ərinin qohumları qəddarcasına döyüblər. İlkin versiyaya görə, dəhşətli hadisənin səbəbi qısqanclıq olub. Qohumlar qadını əvvəl kəndin mərkəzində, sonra isə kənddəki mağazanın arxasında döyərək,  atası evinə aparıblar", Rustavi-2 televiziyasının xəbərlər proqramında bildirilib.

 

Hadisə ilə bağlı cinayət işi qaldırılıb. Polis hadisəni araşdırır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1415

Oxşar yazılar