Gürcüstan prezidenti Moskva ilə faydalı münasibətlərin qurulacağına ümid edir
02 oktyabr 2015 07:18 (UTC +04:00)

Gürcüstan prezidenti Moskva ilə faydalı münasibətlərin qurulacağına ümid edir

0

Gürcüstan prezidenti Georgi Marqvelaşvili Moskva ilə qarşılıqlı faydalı münasibətlərin qurulacağına ümidvar olduğunu bildirib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Georgi Marqvelaşvili Vaşinqtonun Vudro Vilson Mərkəzində çıxışı zamanı bildirib.

 

“Rusiya-Gürcüstan münasibətləri qarşılıqlı maraqlar üzərində qurulmalıdır, konkret insanlar üçün  müsbət nəticələrə səbəb olacaq qərarlar qəbul olunmalıdır”, deyə Marqvelaşvili bildirib.   

 

O rəsmi Tiflisin Qərbin Rusiyaya qarşı tətbiq etdiyi bir çox sanksiyaları dəstəklədiyini etiraf edib, lakin Rusiya ilə gələcəkdə qarşılıqlı faydalı münasibətlərin qurulacağına ümid etdiyini bildirib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 346

Oxşar yazılar