Gürcüstan hökumətinin yeni tərkibi təstiqləndi
30 dekabr 2015 01:06 (UTC +04:00)

Gürcüstan hökumətinin yeni tərkibi təstiqləndi

Gürcüstanın baş nazir vəzifəsinə Giorgi Kvirikaşvil seçilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, Gürcüstan parlamentinin Kutaisidə keçirilən toplantısında hökumətin yeni tərkibi də təsdiqlənib. Parlament üzvləri baş nazir vəzifəsinə Giorgi Kvirikaşvilinin,  xarici işlər naziri vəzifəsinə isə Mixail Canelidzenin namizədliyini təsdiq ediblər. Məlumata görə, digər hökumət üzvləri olan nazirlərin siyahısında dəyişiklik olmayıb. Kutaisidə baş tutan səsvermə posedurunda hökumətin tərkibinin təsdiqinə 86 deputat lehinə, 28 deputat isə əleyhinə səs verib. Yeni hökumətin tərkibini "Milli Hərəkat" və "Azad Demokratlar" dəstəkləməyib. Gürcüstan hökumətinin yeni tərkibinin təsdiqi barədə baş nazirin mətbuat xidmətindən bildirilib.

 

Beləliklə,  Gürcüstan hökumətinin yeni tərkibi müəyyən olub və baş nazir vəzifəsinə Giorgi Kvirikaşvili və XİN vəzifəsinə Mixail Canelidze seçilib.

 

Qeyd edək ki, Gürcüstanın iqtisadiyyat naziri Dimitri Kumsişvili, eyni zamanda, baş nazirin müavini  vəzifəsinə seçilib.

 

Parlament deputatları həmçinin hökumətin “Güclü, Demokratik, Vahid Gürcüstan" proqramını da dəstəkləyiblər.

 

Toplantıdan iki gün sonra yeni seçilən hökumət parlamentin etimadını Gürcüstan prezidentinə təsdiq olunması üçün təqdim edəcək.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 349
avatar

Oxşar yazılar