Ermənistanda toqquşmalar: 12 yaralı
15 yanvar 2015 22:09 (UTC +04:00)

Ermənistanda toqquşmalar: 12 yaralı

0

Gümrüdə polis və etirazçılar arasında baş vermiş toqquşmalar nəticəsində 12 nəfər xəsarət alıb. APA-nın “Novosti Armenii” saytına istinadən verdiyi xəbərə görə, bu barədə Gümrü Tibb Mərkəzinin müdiri Armen İsaakyan bildirib.  

 

Onun sözlərinə görə, xəsarət alanlardan 8 nəfərə tibbi yardın göstərilib. Hazırda mərkəzdə 3-ü polis olmaqla 4 nəfər var. İsaakyan xəsarət alanlardan iki nəfərin vəziyyətinin ağır olduğunu qeyd edib. Onların kəllə-beyin travması aldığı bildirilir.

 

Qeyd edək ki, etirazçılar Gümrüdə 6 nəfərdən ibarət ailənin qətlində ittiham olunan Rusiya əsgəri Valeri Permyakovun Ermənistana təhvil verilməsini tələb edirlər.  

 

 

***** 22.09

 

Ermənistanın Gümrü şəhər prokurorluğu binasının qarşısında polis qüvvələri və etirazçılar arasında toqquşmalar başlayıb, xəsarət alanlar var.

 

APA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə  görə, polis aksiyanın dağıdılması üçün xüsusi vasitələrdən – işıq-səs qumbaralarından istifadə edir. Məlumata görə, hər iki tərəfdən xəsarət alanlar var.

 

 

 

NEWS.am-ın məlumatına görə, gərgin vəziyyət həmçinin Rusiyanın Gümrüdəki konsulluğu qarşısında müşahidə olunur. Bina polis qüvvələri tərəfindən mühasirəyə alınıb. Gümrüdə 6 nəfərdən ibarət ailənin qətlində ittiham olunan Rusiya əsgəri Valeri Permyakovun  işi üzrə istintaqın gedişatından narazı olan etirazçılar polis əməkdaşlarını daş-qalaq edərək binaya yaxınlaşmağa cəhd edirlər. Məlumata görə, saxlanılanlar var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 249

Oxşar yazılar