Göyərtəsində 371 nəfər olan Rusiya təyyarəsi təcili eniş edib
11 fevral 2016 11:28 (UTC +04:00)

Göyərtəsində 371 nəfər olan Rusiya təyyarəsi təcili eniş edib

0

Dominikan Respublikasından Moskvanın Domodedova aeroportuna uçan Rusiyaya məxsus Boeing777-2000 təyyarəsi havaya qalxdıqdan bir neçə dəqiqə sonra təcili eniş edib.

 

APA-nın RİA "Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, buna təyyarədə baş verən texniki nasazlıq səbəb olub.

 

Enmə zamanı təyyarənin ön hissəsi alışıb. Xəsarət alanların olmadığı bildirilir.

 

Sərnişinlər hamısı təxliyyə olunub.

 

Qeyd edək ki, “Orenair” aviaşirkətinə məxsus Boeing 777-200 təyyarəsinin göyərtəsində 351 sərnişin, 20 ekipaj üzvü olub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 415

Oxşar yazılar