Girov saxlanılan səfir azad edildi
13 may 2014 11:07 (UTC +04:00)

Girov saxlanılan səfir azad edildi

0

Liviyada girov saxlanılan İordaniya səfiri Fəvaz əl Etan azad edilib.

 

APA-nın verdiyi məlumata görə, bu barədə “Əl Arabiya” telekanalı xəbər yayıb.

 

Diplomatın yaxın günlərdə vətəninə qayıdacağı gözlənilir.

 

Qeyd edək ki, səfiri oğurlamış şəxslər bir müddət əvvəl İordaniya hökumətinə tələb irəli sürüb. Onlar diplomatı İordaniya həbsxanalarında saxlanılan islamçıların azad edilməsi müqabilində sərbəst buraxacaqlarını bildiriblər. Bu tələbin yerinə yetirilib-yetirilmədiyi bəlli deyil.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1076

Oxşar yazılar