Fransa prezidenti Fransua Ollandın bu gün Rusiyaya səfəri gözlənilir. Lent.az-ın Vesti.ru-ya istinadən məlumatına görə, Rusiya prezidenti Vladimir Putin fransız həmkarını Yelisey sarayında qəbul edəcək. Qəbulda dövlət başçıları terrorizmə qarşı mübarizə haqqında müzakirələr aparacaqlar.
Fransua Olland daha əvvəl Almaniyanın kansleri Angela Merkellə görüşüb. Görüş zamanı o, deyib ki, İŞİD-ə qarşı Rusiya ilə birlikdə mübarizə aparmalıdırlar: “Mən Vladimir Putinə deyəcəyəm ki, bu qrupu məhv etmək üçün resurslarımızı birləşdirməliyik. Təbii ki, biz hərəkətlərimizi koordinasiya etməliyik”.