Fransadakı terror aktı ilə bağlı 9 nəfər saxlanılıb
08 yanvar 2015 23:36 (UTC +04:00)

Fransadakı terror aktı ilə bağlı 9 nəfər saxlanılıb

0

Parisdə “Charlie Hebdo” həftəlik nəşrinin redaksiyasına hücumun istintaqı çərçivəsində 9 nəfər saxlanılıb. APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bu barədə Fransanın daxili işlər naziri Bernar Kaznev bildirib.

 

“Hazırda 9 nəfər saxlanılıb”, deyə o Parisdə keçirilmiş mətbuat konfransında bildirib.  

 

Bundan əvvəl 7 nəfərin saxlanıldığı bildirilirdi.

 

 

Qeyd edək ki, yanvarın 8-də silahlılar “Charlie Hebdo” nəşrinin redaksiyasına  hücum edərək ofisdə olanlara atəş açıblar. Nəticədə 12 nəfər ölüb, 11 nəfər yaralanıb. Cinayəti törətməkdə 3 nəfər şübhəli bilinir – 34 yaşlı Şərif və 32 yaşlı Səid Kuaşi qardaşları, həmçinin 18 yaşlı Həmid Murad. Sonuncu sonradan polisə təslim olaraq alibiyə malik olduğunu bildirib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 302

Oxşar yazılar