Fransada sərnişin qatarı yanıb
22 avqust 2015 03:18 (UTC +04:00)

Fransada sərnişin qatarı yanıb

Fransanın Lion şəhəri yaxınlığında “Paris-Marsel” marşrutu üzrə hərəkət edən sürətli sərnişin qatarında yanğın baş verib.

 

APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, hadisə yerinə 80 yanğınsöndürmə briqadası cəlb edilib.  

 

Məlumata görə, yanğın baş verən zaman qatarda 800-dək sərnişin olub. Yanğın nəticəsində xəsarət alan olmayıb. Yanğının baş vermə səbəbləri araşdırılır.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 242
avatar

Oxşar yazılar