Fransada qatarla avtomobil toqquşdu: 3 ölü
08 avqust 2015 04:24 (UTC +04:00)

Fransada qatarla avtomobil toqquşdu: 3 ölü

0

Fransada sərnişin qatarının dəmiryol keçidində dayanmış avtomobillə toqquşması nəticəsində 3 nəfər ölüb.

 

APA-nın AFP agentliyinə istinadən verdiyi məlumata görə, insident Aşağı Normandiya bölgəsinin Orn departamentində qeydə alınıb.

 

Məlumata görə, ölənlərin hamısı naməlum səbəbdən keçiddə dayanmış minik avtomobilində olanlardır. Həmçinin 1 qadınının toqquşmadan əvvəl avtomobili tərk edərək xilas olduğu bildirilir.

 

Le Man-Paris marşrutu ilə hərəkət edən qatarın 34 sərnişininə zərər dəyməyib. Hadisənin başvermə səbəbləri hələ ki, məlum deyil.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 320

Oxşar yazılar