Fransanın Titsa şəhərində yəhudi mədəniyyəti mərkəzini mühafizə edən üç fransalı hərbçi hücuma məruz qalıb. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bıçaqla silahlanmış şəxsin hücumu nəticəsində, hərbçilərdən biri qolundan, ikisi isə üzündən xəsarət alıb. Məlumata görə, hərbçilərdən biri ağır xəsarətlər alıb, lakin onların heç birinin həyatına təhlükə yoxdur.
Hücum edən şəxs hadisə yerində saxlanılıb, onun üzərindən 2 bıçaq aşkarlanıb. Hücumun səbəbləri hələlik müəyyənləşdirilməyib.