Fransada "Allah Əkbər" deyərək 3 polisi bıçaqlayan şəxs öldürüldü
21 dekabr 2014 06:33 (UTC +04:00)

Fransada "Allah Əkbər" deyərək 3 polisi bıçaqlayan şəxs öldürüldü

0

Fransada polis komissarlığına hücum edərək 3 asayiş keşikçisinə bıçaq xəsarətləri yetirən şəxs öldürülüb. APA-nın “Frans Press”-ə istinadən verdiyi xəbərə görə, insident dekabrın 20-də Juele Tur şəhərində baş verib. Məlumata görə, cinayətkar hücum edən zaman “Allah Əkbər” şüarı səsləndirib.     

 

Cinayətkar polis komissarlığına soxularaq qarşısına çıxan polis əməkdaşının üz nahiyəsinə  bıçaq xəsarəti yetirib və daha iki polisə xəsarətlər yetirib. Hücuma məruz qalmış polis  əməkdaşları xidməti silahdan istifadə edərək cinayətkarı zərərsizləşdirməyə müvəffəq olublar.    

 

Faktla bağlı araşdırma aparılır.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 459

Oxşar yazılar