Dekabrın 4-ə keçən gecə Filippinin cənub sahillərində 4,7 bal gücündə zəlzələ baş verib.
APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri Qərbi Davao əyalətində, Saranqani şəhərindən 159 km cənub-şərqdə, ocağı isə 95 km dərinlikdə yerləşib.
Dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir.