Fevralın 27-dən Suriyada atəşkəs rejimi tətbiq ediləcək
22 fevral 2016 20:21 (UTC +04:00)

Fevralın 27-dən Suriyada atəşkəs rejimi tətbiq ediləcək

0

Rusiya və ABŞ Suriyada atəşkəs rejiminə dair saziş layihəsini imzalayıblar.

 

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, atəşkəs rejimi fevralın 27-dən qüvvəyə minəcək.

 

Məlumata əsasən, sənəddən İŞİD və “Cəbhət ən-Nüsrə” qruplaşmalarının adları çıxarılıb.

 

Bundan əvvəl diplomatik mənbə Cenevrədə keçirilən danışıqlarda Suriyada atəşkəs rejimi ilə bağlı razılaşmanın yüksək səviyyədə əldə olunacağını bildirmişdi. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 349

Oxşar yazılar