İyunun 2-də Fələstin Muxtariyyəti yeni keçid hökumətinin tərkibi elan olunacaq.
Lent.az-ın “Gazeta.ru”-ya istinadən məlumatına görə, Fələstinin başçısı Mahmud Abbas bu haqda uyğun bəyanatla çıxış edib.
O, qeyd edib ki, milli birlik hökumətinin tərkibi texnokratlardan ibarət olacaq və o, praqmatik siyasi proqram yürüdəcək.
Fələstin lideri onu da bildirib ki, İsrail hakimiyyəti artıq yeni hökuməti tanımayacağını bəyan edib.
Xatırladaq ki, bu il aprelin 23-də Qəzza zolağında FƏTH və “HƏMAS” hərəkatları milli birlik hökumətinin yaradılması haqda razılığa gəlib.
Yeni nazirlər kabinetini formalaşdırmaq baş nazir Rami Həmdallaya tapşırılıb.