Fələstin dövləti aprelin 1-dən Beynəlxalq Cinayət Məhkəməsinin tamhüquqlu üzvü oldu.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Məhkəmənin ictimai əlaqələr şöbəsinin rəhbəri Sonya Robla bəyan edib.
“Fələstinin quruma üzv olması münasibəti ilə ənənəvi mərasim keçirəcəyik. Lakin bu tədbir ictimaiyyət və mətbuat üçün qapalı olacaq”, deyə S.Robla bildirib.
Qeyd edək ki, yanvarın 2-də Fələstinin BMT-dəki daimi nümayəndəsi Riyad Mənsur Beynəlxalq Cinayət Məhkəməsinə üzv olmaq haqqında müvafiq sənədləri qurumun katibliyinə təqdim etmişdi. Beləliklə, Fələstin Beynəlxalq Cinayət Məhkəməsinin sayca 123-ü üzvü oldu.