Fateh Terimin qızının xınası olub
10 may 2014 12:02 (UTC +04:00)

Fateh Terimin qızının xınası olub

Türkiyə yığmasının baş məşqçisi Fatih Terimin qızı ərə gedir. Lent.az-ın "anspress"ə istinadən verdiyi xəbərə görə, ötən gün Buse Terimin xına gecəsi olub. 

Xına gecəsi İstanbuldakı ən gözəl villalarından birində baş tutub. Mərasimdə ailənin yaxınları və dostları iştirak ediblər. Xınadan olan fotoları qonaqlar sosial şəbəkələrdə paylaşıblar. 

Terim may ayının 16-da Volkan Bahçekapılı ilə nigah masasına oturacaq. 

Qeyd edək ki, Fatih Terim "Qalatasaray"ın sabiq məşqçisidir. İmperator ləqəbli məşqçi Türkiyə futbol tarixinin ən uğurlu məşqçilərindən biridir. Onun kiçik qızı Buse Terim isə moda sahəsi ilə məşğuldur. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1192
avatar

Oxşar yazılar