Facebook-un bu yeniliyi sevilməyəcək
17 dekabr 2015 06:13 (UTC +04:00)

Facebook-un bu yeniliyi sevilməyəcək

Facebook daha bir yeniliyə imza atmağa hazırlaşır.

 

Lent.az-ın “musavat.com”-a istinadən məlumatına görə, bir azdan heç kim saxta adlarla sosial şəbəkədə qeydiyyatdan keçə bilməyəcək. Təxəllüslərdən yalnız müstəsna hallarda istifadə etməyə icazə veriləcək.

 

Daha öncə bir necə dəfə şirkətə saxta adlara qadağa qoyulması ilə bağlı müraciətlər edilmişdi. Görünür, facebook rəhbərliyi gələn şikayətlərdən nəticə çıxarıb. Şirkət çərşənbə günündən öz yeni sistemini yoxlamadan keçirməyə başlayıb. Yeni sistemə görə, istifadəçilər yalnız xüsusi hallar olduqda təxəllüslərdən istifadə edərək sosial şəbəkəyə daxil ola biləcəklər. Facebookun “əsl ad” siyasəti ağır vəziyyətə düşən, məişət zorakılığına, təqiblərə məruz qalan, cəmiyyətdə təhqir edilən insanlara kömək niyyəti ilə tətbiq edilir.

 

Lakin hələlik adların doğruluğunun hansı yolla müəyyən ediləcəyi ilə bağlı məlumat verilməyib. Kampaniya əmindir ki, öz əsl adını gizlətmək üçün istifadəçilərin heç bir xüsusi səbəbi yoxdur. Öz adlarından istifadə edən insanların sözü saxta adlarla daxil olan istifadəçilərin sözündən daha çox keçərli olur. Məlumat üçün qeyd edək ki, facebookun idarəetmə heyəti saxta profil istifadə etdiyi üçün Almaniya vətəndaşının profilini bağlayaraq, onun razılığı olmadan əsl adı ilə göstərib. 

 

Facebook-un öz siyasətində etdiyi son dəyişikliklərdən biri də profil fotoları yerinə videoların tətbiqi ilə bağlıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 278
avatar

Oxşar yazılar