Avropa Birliyinin ali komissarı Eşton Ketrin və İranın xarici işlər naziri Məhəmmədcavad Zərif “altılıq”la (ABŞ. Almaniya, Britaniya, Fransa, Çin və Rusiya) Tehran arasında İslam Respublikasının atom probleminə həsr edilən görüşün yekunu ilə bağlı birgə bəyanat verməyi təxirə salıblar.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, K.eştonun mətbuat katibi Maykl Menn bu haqda açıqlama verib.
«Üç günlük gərgin iş görülüb. Danışıqlar ətraflı və detallı olub. Biz anlaşmanı razılaşdırmağa cəhd edirik… Əvvəlki danışıqlardan sonra etdiyimiz kimi aralıq mərhələdə onu hissələrə parçalmaq istəmirik»-deyə, o, vurğulayıb.