«ABŞ və NATO Baltik bölgəsində qüvvələrini artırmalıdır». Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, Estoniyanın prezidenti Tomas Hendrik İlves bu qənaətdədir.
Martın 18-də Estoniyanın dövlət başçısı ABŞ prezidentinin müavini Co Baydenlə Varşavada Avropada kollektiv təhlükəsizliyinin təminatını müzakirə edib.
O, bu yaxınlarda Balikt dövlətlərinin hava məkanını müdafiə məqsədi ilə NATO-nun qərarı əsasında ABŞ Hərbi Hava Qüvvələrinin 6 «F-15C», eləcə də iki «KC-135» yanacaqdolduran - təyyarə göndərməsini həmrəyliyə örnək olaraq, göstərib.
Beləliklə, Baltik dövlətlərinin hava məkanını ABŞ Hərbi Hava Qüvvələrinin 10 «F-15C» qırıcısı qoruyur.
ABŞ prezidentinin müavini ölkəsinin gələcəkdə Baltik dövlətlərində mövcudluğunu artırmağa hazır olduqlarını bildirib: «NATO Nizamnaməsinin 5-ci maddəsi (qurum üzvlərinin kollektiv müdafiəsi – red.) toxunulmazdır».