Əsəddən Putinə dəstək
07 mart 2014 05:18 (UTC +04:00)

Əsəddən Putinə dəstək

Suriyadakı rejimin başçısı Bəşar Əsəd «Ukraynada qanun-qaydanın bərpa etməklə bağlı» Rusiya prezidenti Vladimir Putinin səylərini dəstəkləyib.

 

Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, Dəməşqədik riejimə bağlı «SANA» agentliyi bu haqda xəbər yayıb.

 

Mənbə bildirib ki, Bəşar Əsədin Krmelə göndərdiyi teleqramda «Putinin cəhdlərini Suriya xalqının dəstəklədiyi» vurğulanıb.

 

Suriyadakı rejim başçısı Rusiya prezidentini tərifləyərək, onu «dövləti müdrükcəsinə idarə etdiyini» bildirib.

 

Bəşar Əsəd qeyd edib ki, Vladimir Putinin fəaliyyəti «beynəlxalq qanunlara əsaslanır» və onun mübarizəsinin bir hissəsi «ekstremizmə və terrora qarşı müharibədir».

# 1133
avatar

Oxşar yazılar