Ermənistanda beynəlxalq valyuta ehtiyatları kəskin şəkildə azalmaqdadır. Lent.Az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, cari ilin yanvar ayında ölkənin beynəlxalq valyuta ehtiyatları 1 milyard 351 milyon dollar təşkil edib. Bu, son altı ildə ən aşağı hədd hesab olunur.
Keçən ilin yanvar ayı ilə müqayisədə 2015-ci ilin yanvarında Ermənistanın beynəlxalq valyuta ehtiyatı 900 milyon dollar, yəni 40 faiz azalıb.
Ermənistanın valyuta ehtiyatları 40 faiz azalıb
184