Ermənistanın dövlət məmuru iri məbləğdə pul mənimsədiyi üçün tutulub
04 aprel 2014 04:42 (UTC +04:00)

Ermənistanın dövlət məmuru iri məbləğdə pul mənimsədiyi üçün tutulub

Ermənistanın Xüsusi İstintaq Xidməti dələduzluq və iri məbləğdə pulu mənimsəmə faktı üzrə cinayət işini başa çatdırıb.

 

Lent.az-ın Ermənistan KİV-ə istinadən məlumatına görə, ölkənin Dövlət Gəlirləri üzrə Komitəsinin keçmiş əməkdaşı Artak Qukasyana cinayət işi açılıb.

 

O, 2009-2012-ci illərdə aldatma yolu ilə 28 vətəndaşın etimadından sui-istifadə edərək, bir milyard 761 milyon 781 min 986 drəm (bir dollar 412 drəmə yaxındır) məbləğində pulu mənimsəyib. Daha 9 vətəndaşdan isə bir milyon 372 min dirəm alıb.

 

Ona qarşı həbs qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 485
avatar

Oxşar yazılar