
Ermənistanda hərbçilərlə dolu “QAZ-66” dərəyə düşüb: 1 ölü, 12 yaralı
Sentyabrın 19-da saat 17 radələrində Ermənistanın Tavuş vilayətinin Artsvaberd kəndi ərazisində hərbçiləri daşıyan Ermənistan Müdafiə Nazirliyinə məxsus “QAZ-66” markalı maşın yoldan çıxaraq dərəyə yuvarlanıb.
Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, avtomobili idarə edən kapitan Pavlik Manukyan baş nahiyəsindən aldığı ağır xəsarət nəticəsində hadisə yerində ölüb.
Qeyd edək ki, hadisə nəticəsində maşında olan 2 zabit, 4 çavuş və 6 sıravi əsgər müxtəlif xəsarətlərlə Berd şəhər hospitalına yerləşdirilib.
İnsidentlə əlaqədar Ermənistan İstintaq Komitəsində araşdırma aparılır.
Oxşar yazılar

Şahin Şıxlinski axtarışa verildi
17 iyul 2025 , 21:09
Müəllim bu fotolarına görə işdən qovuldu
17 iyul 2025 , 18:16
Riyaziyyatdan istifadə edərək 14 dəfə lotereyanı uddu: bunu necə etdi?
17 iyul 2025 , 17:34
İsrail ordusunda İNTİHARLAR: 2011-ci ildən bəri ən yüksək göstərici
17 iyul 2025 , 16:22
575 bal yığan abituriyenti evdən qovdular
17 iyul 2025 , 15:09
NASA “super-Yer” planeti kəşf etdi
17 iyul 2025 , 04:11
Azərbaycanlı MMA döyüşçüsü Rusiya vətəndaşlığından çıxarıldı-VİDEO
16 iyul 2025 , 23:17