Ermənistanda 237 etirazçı saxlanılıb
23 iyun 2015 11:25 (UTC +04:00)

Ermənistanda 237 etirazçı saxlanılıb

0

 

Paytaxtdakı polis idarələri dolduğu üçün saxlanılanların bir hissəsi Abovyan və Aştarak şəhərlərinin həbsxanalarına aparılıb

 

İrəvanda keçirilən etiraz aksiyasının 237 iştirakçısı saxlanılıb.

 

APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, paytaxtdakı polis idarələri dolduğu üçün saxlanılanların bir hissəsi Abovyan və Aştarak şəhərlərinin həbsxanalarına aparılıb.

 

Qeyd edək ki, səhər saatlarında Ermənistan polisi İrəvanın mərkəzindəki oturaq aksiyanı dağıdıb. Aksiya iştirakçıları ölkədə elektrik enerjisi tariflərinin artırılmasına etiraz ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 248

Oxşar yazılar