Ermənistan və Rusiya hava hücumundan vahid müdafiə sistemi yaradır
09 dekabr 2014 19:27 (UTC +04:00)

Ermənistan və Rusiya hava hücumundan vahid müdafiə sistemi yaradır

0

 

 

Ermənistan və Rusiya "Qafqaz kollektiv təhlükəsizlk regionunda vahid hava hücumundan müdafiə sisteminin yaradılması haqqında" müqavilə layihəsini müzakirə edir. APA-nın "news.am" saytına istinadən verdiyi məlumata görə, iki ölkə müdafiə nazirliklərinin ekspertləri 9-11 dekabr tarixlərində müqavilə layihəsinin  yekun variantını razılaşdırmaq üçün birgə iş aparacaqlar. 

 

Ermənistan Müdafiə Nazirliyindən bildiriblər ki, iki ölkə hərbi ekspertlərinin görüşləri 2014-cü il üçün imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun keçirilir. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 286

Oxşar yazılar