Ermənistan daha bir strateji obyektini satır
01 avqust 2015 23:35 (UTC +04:00)

Ermənistan daha bir strateji obyektini satır

0

Ermənistan hökuməti  elektrik enerjisi tariflərinin qaldırılmasını Vorotan su elektrik stansiyasının kaskadının ABŞ-ım “Contour Global” energetika holdinqinə  satmaqla əldə edəcəyi vəsaitlərin hesabına əhaliyə kompensasiyaları ödəyəcək.  APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bunu Ermənistanın baş naziri Ovik Abramyan bildirib.  

“Ermənistan prezidentinin bəyan etdiyi kimi, hökumət elektrik enerjisi tariflərinin qaldırılması ilə bağlı xərcləri subsidiya hesabına kompensasiya edəcək. Vəsaitlər qeyri-büdcə mənbədən - Vorotan su elektrik stansiyasının kaskadının satılması hesabına əldə ediləcək”, deyə Abramyan bildirib.   

 

Qeyd edək ki, avqustun 1-dən Ermənistanda  elektrik enerjisi tarifləri 16,7 faiz qalxıb.

 

Bu qərar Ermənistan cəmiyyətində kəskin reaksiyaya və qərarın ləğv olunmasını tələb edən etiraz hərəkatının formalaşmasına səbəb olub.

 

ABŞ-ın “Contour Global”  energetika holdinqi iyunun 8-də Ermənistan-İran sərhədində yerləşən Vorotan su elektrik stansiyasının kaskadının sahibi olub.  Holdinq bu strateji əhəmiyyətli obyekti 180 mln dollara əldə edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 322

Oxşar yazılar