Ermənilərə görə “Skype” qarşı cinayət işi başlandı
27 may 2015 08:09 (UTC +04:00)

Ermənilərə görə “Skype” qarşı cinayət işi başlandı

Belçikanın Mexelen şəhər prokurorluğunda “Skype” internet telefoniya xidmətinə qarşı cinayət işi başlanıb.  APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Belçikanın La Libre nəşri məlumat yayıb.

 

Məlumata görə, servis 2012-ci ildə erməni cinayətkar qrupunun iki üzvü arasında aparılan danışıqlar barədə məlumat verməkdən imtina edib.  

 

Erməni cinayətkarların “Skype” internet telefoniya xidmətindən fəal istifadə etdiyi qeyd olunur. Onlar qaçaqmal və oğurluq malların ölkəyə gətirilməsi ilə bağlı cinayət əməllərini  məhz “Skype” vasitəsilə razılaşdırıblarmış.

 

2012-ci ildə “Skype” yerli rabitə operatoru olmadığını əsas gətirərək  Belçika hüquq-mühafizə qurumlarının sorğusunu təmin etməkdən imtina edib.  

 

Prokurorluq  şirkəti Belçika qanunlarını pozmaqda ittiham edir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 125
avatar

Oxşar yazılar