Erməni nazir NATO təmsilçiləri ilə Qarabağdan danışıb
27 mart 2014 21:47 (UTC +04:00)

Erməni nazir NATO təmsilçiləri ilə Qarabağdan danışıb

0

Ermənistanın müdafiə naziri Seyran Ohanyan NATO Parlament Assambleyasının nümayəndə heyətini qəbul edib.

 

Lent.az-ın Ermənistan KİV-ə istinadən məlumatına görə, görüş zamanı müdafiə sahəsində Ermənistan-NATO əməkdaşlığı, eləcə də regional təhlükəsizliyə dair məsələ müzakirə edilib.

 

Tərəflər müdafiə sahəsində əməkdaşlığı perspektivinə dair fikir mübadiləsi edib.

 

Seyran Ohanesyan işğal altında olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ilə bağlı münaqişənin tənzimlənməsinə dair Ermənistanın mövqeyini açıqlayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 846

Oxşar yazılar