Rusiyada 77 yaşlı qarı ərini amansızlıqla qətlə yetirib. Lent.az-ın vesti.ru-a istinadən məlumatına görə, hadisə Arxanqels vilayətində baş verib. Belə ki, təqaüdçü qadın 78 qocanın başına odun vuraraq öldürüb.
Hadisə yerinə gəlmiş polisə ifadə verən qarı ərinin onun öz xahişinə görə öldürdüyünü deyib. O əzab çəkirmiş və ölmək istəyirmiş.
Faktla bağlı cinayət işi açılıb.