Çinin Ali Məhkəməsi ərini qətlə yetirən Li Yan adlı qadın barəsində çıxarılan ölüm hökmünü ləğv edib.
Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, onunla qəddarcasına davrandığı üçün qadın ərini öldürüb.
Məhkəmənin qərarını ölkədə “tarixi hadisə” adlandırırlar.
Li Yan təkrar məhkəmə araşdırmasını gözləyir. Məlumata əsasən, 2010-cu ildə qadın ərini ölənədək döydükdən sonra onu doğrayıb.
Mənbə xatırladıb ki, əri Li Yanı davamlı surətdə döyür, sifətində siqareti söndürürmüş.
Hüquq müdafiəçiləri ölüm hökmünün ləğvi ilə bağlı imza toplayıblar.