Əri xəyanət edən qadından<span style="color:red;"> DƏHŞƏTLİ  əməl: uşaqlarını suya salıb...
10 sentyabr 2019 19:52 (UTC +04:00)

Əri xəyanət edən qadından DƏHŞƏTLİ əməl: uşaqlarını suya salıb...

Rusiyanın Kamçatka diyarında dəhşətli ailə faciəsi baş verib.
 
Lent.az Rusiya KİV-nə istinadla xəbər verir ki, Vilyuçinsk sakini ərinin ona xəyanət etdiyini öyrənəndən sonra uşaqlarını buxtada batırıb. 
 
1,5 aylıq və 5 yaşlı övladlarına qarşı amansız davranan qadın barəsində cinayət işi açılıb. 
 
Məlumata görə, qadın iki uşağını batırandan sonra özünü də öldürməyə cəhd edib. Şahidlər bildiriblər ki, qadın 5 yaşlı oğlunu özünə bağlayıb, qızının əlindən tutaraq suya girib. Qanun keşikçiləri ona yalnız qayıq vasitəsilə çata biliblər. Bu zaman uşaqlar artıq boğulublar. 
 
Qadının ali təhsilli olduğu və mühəndis işlədiyi də bildirlir. 
 
 
 
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1360

Oxşar yazılar