Ərdoğanın köməkçisi polis bölməsinə aparılıb
30 mart 2014 12:47 (UTC +04:00)

Ərdoğanın köməkçisi polis bölməsinə aparılıb

0

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın məsləhətçisi Mustafa Varank polis idarəsinə aparılıb. Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, hadisə Ərdoğanın Sarıyerdə keçirdiyi mitinq zamanı baş verib.

 

Bildirilir ki, “Zaman” qəzetinin Dərviş Gənç adlı müxbiri mitinq zamanı telefonla danışan Mustafa Varankı gizli şəkildə lentə almağa cəhd göstərib. Bu zaman müxbiri görən M.Varank jurnalistlə mübahisə edib və ondan polisə şikayət edib. Polis hər iki şəxsi bölməyə aparıb və ifadələrini aldıqdan sonar sərbəst buraxıb.

 

Qeyd edək ki, son vaxtlar “Zaman” qəzeti baş nazir ərdoğana qarşı tənqidi mövqe tutub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1361

Oxşar yazılar