Ərdoğan Xalid Məşəllə görüşdü
20 dekabr 2015 04:57 (UTC +04:00)

Ərdoğan Xalid Məşəllə görüşdü

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Fələstinin HƏMAS hərəkatının siyasi bürosunun sədri Xalid Məşəl ilə görüşüb.   APA-nın məlumatına görə, bu barədə “Reuters”ə İsrail hökumətindəki mənbə bildirib.  

 

Məlumata görə, Xalid Məşəl təfərrüatlarına varmadan regiondakı son hadisələr barədə Ərdoğana qısa məlumat verib.

 

Agentlik Ərdoğan-Məşəl görüşünün Türkiyə və İsrail münasibətlərinin bərpa olunmasına dair ilkin razılaşmanın əldə edilməsi fonunda keçirildiyini qeyd edir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 171
avatar

Oxşar yazılar