Ərdoğan qəzetçinin qızının nikah şahidi oldu
08 may 2014 02:28 (UTC +04:00)

Ərdoğan qəzetçinin qızının nikah şahidi oldu

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan “Yeni Şafak” qəzetinin Ankara nümayəndəsi Abdülkadir Selvinin qızı Büşra Selvi ilə Emre Öğütcenin nikah şahidi olub.

 

Lent.az-ın “Anadolu” agentliyinə istinadən məlumatına görə, Gölbaşında restoranlardan birində  kəsilən nikaha baş nazir Rəcəb Tayyib Ərdoğanla yanaşı, müavini Emrullah İşlər, ədliyyə naziri Bəkir Bozdağ , elm, sənaye və texnologiya naziri Fikri İşıq , xarici işlər naziri Əhməd Davudoğlu , enerji və təbii sərvətlər naziri Taner Yıldız , daxili işlər naziri Efkan Ala, milli müdafiə naziri İsmət Yılmaz və  çox sayda millət vəkili, qonaqlar iştirak edib.

 

Cütlüyü kəbini Gölbaşı bələdiyyə başçısı Fatih Duruay kəsəndə Ərdoğanla yanaşı nazirlərdə bu  da nikahın şahidi olub.

 

Nikah mərasiminə mətbuat buraxılmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1175
avatar

Oxşar yazılar