Türk hərbçiləri İraqın şimalındakı bazada ölkə rəhbərliyinin xahişi ilə yerləşdirilib.
APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.
“Hərbçilərimiz Başika bölgəsinə ilk dəfə İraq prezidenti Fuad Məsumun xahişi ilə 2014-cü ildə yerləşdirilib”, deyə R.Ərdoğan bildirib.
Dekabrın 4-də Türkiyə Mosul yaxınlığında İŞİD-lə vuruşan kürd silahlılarına hərbi təlimlər keçən əsgərləri yeniləri ilə əvəzləyib. İraqın baş naziri Heydər əl-Abadi isə Türkiyənin rəsmi Bağdaddan icazə almadığını bildirərək hərbçilərin çıxarılmasını tələb edib.
Qeyd edək ki, Başika Mosul şəhərindən 12 kilometr şimal-şərqdə yerləşir.