Harun Yahya ləqəbiylə tanınan türkiyəli ilahiyyatçı Adnan Oktar A9 TV-də yayımlanan “Adnan Oktar Söhbətlər” proqramında baş nazir Rəcəb Tayyib Erdoğandan da danışıb. Lent.az-ın türk mətbuatına istinadən məlumatına görə, o çıxışında baş nazirin ona zəng edərək şeyx Bahəddinin nömrəsini istədiyini bildirib: “Baş nazirimiz Tayyib hocam, aslan baş nazirimiz, şeyximizlə görüşmək üçün bizdən telefon nömrəsini istədi. Biz də verdik”.
A.Oktar onu da əlavə edib ki, baş nazir şeyx Bahəddinə zəng edərək, nə gərəklidirsə, etməyə hazırıq olduğunu və şeyxi çox sevdiyini, deyib.
Daha sonra baş nazirin tozdan təsirlənərək ağciyər xəstəliyi keçirən Kıbrısi üçün təcili yardım təyyarəsi təsis etdiyini və xəstəxana xərclərini dövlət tərəfindən ödəniləcəyini də bildirib.
“Tayyib hocamızın xanımı, anamız Əminə Erdoğan da şeyximizi çox sevər və ziyarətinə gedər”, deyə sözünə davam edib.