Ərdoğan: <span style="color:red;">"Obamadan Güləni istəyəcəm"
05 sentyabr 2014 11:15 (UTC +04:00)

Ərdoğan: "Obamadan Güləni istəyəcəm"

“Barak Obama ilə görüşdə əsas müzakirə mövzusu Fəthullah Gülən olacaq”. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bunu prezident Rəcəb Tayyib Ərdoğan bildirib.

O qeyd edib ki, Obamadan ya Gülənin deportasiya edilməsini, ya da Türkiyəyə verilməsini istəyəcək.

"ABŞ prezidenti Obama ilə əvvəlcə İraq, Suriya, İsrail-Fələstin məsələlərini müzakirə edəcəyik. Bundan başqa, milli təhlükəsizliyimizə təhdid  olan “paralel dövlət” məsələsini də müzakirə edəcəm. Onlarla bağlı bütün dinləmələr, sübutlar ortadadır”.

Türkiyə prezidenti vurğulayıb ki, ABŞ-la Türkiyə strateji müttəfiqdir: “Əgər ABŞ tərəfi bizdən terrorçuları istəyirlərsə, biz də onlara həmin terrorçuları veririksə, Birləşmiş Ştatlar da Güləni bizə təhvil versin”.

Ərdoğan daha sonra Gülən haqda bunları bildirib: “Əgər o deyirsə günahı yoxdur, gəlsin Türkiyədə yaşasın. “Camaatı”nı da Türkiyədən idarə etsin. Siyasətə də qatılmaq iistəyirsə, bunu da Ankarada etsin”.

 

   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1983

Oxşar yazılar