Ən bahalı boşanma – arvadına 4,5 milyard dollar verəcək
20 may 2014 11:34 (UTC +04:00)

Ən bahalı boşanma – arvadına 4,5 milyard dollar verəcək

Rus milyarder Dmitri Rıbolovlev keçmiş həyat yoldaşına 4,5 milyard dollar təzminat ödəyəcək. Lent.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, bu barədə Cenevrə məhkəməsi qərar verib.

 

6 il əvvəl D.Rıbolovlevin həyat yoldaşı Yelena Rıbolovlevanın iddiası ilə başlayan boşanma prosesi nəhayət başa çatıb. Məhkəmə cütlüyün 13 yaşlı qızı - Annanın da anasında qalmasına qərar verib.

 

Dmitri və Yelenanın 25 yaşında daha bir qızı var və o, valideynlərindən ayrı yaşayır.

 

Məhkəmə prosesindən sonra Y.Rıbolovlevanın vəkili Mark Bonnant nəticəsini “tarixdəki ən bahalı boşanma”sı adlandırıb. O, bildirib ki, D.Rıbolovlevin məhkəmənin nəticəsindən şikayət etmək hüququ var. 

 

Qeyd edək ki, D.Rıbolovlev Fransanın “Monako” futbol klubunun sahibidir. Varidatını gübrə sənayesindən qazandığı üçün ona “Gübrə kralı” da deyilir.

 

D.Rıbolovlev bu il “Forbes” jurnalının ən zəngin iş adamları siyahısında 8,8 milyard dollarlıq varidatla 147-ci pillədə qərarlaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1772
avatar

Oxşar yazılar