Əlcəzairdə etiraz aksiyası: 40 nəfər tutulub
07 mart 2014 07:15 (UTC +04:00)

Əlcəzairdə etiraz aksiyası: 40 nəfər tutulub

Əlcəzairin təhlükəsizlik qüvvələri 40-a yaxın etirazçının həbs edib. Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, onlar ölkə prezidenti Əbdüləziz Buteflikin öznün 4-cü dəfə prezidentliyə namizəd irəli sürməsinə qarşı çıxıblar.

 

Qeyd edək ki, Əlcəzairdə prezident seçkisi bu ilin aprelində keçiriləcək.

 

Mənbə bildirib ki, ölkədə etiraz aksiyası qadağandır. İndiki prezidentin 77 yaşı var və o,ötən il insult keçirib.

 

Bu ötən həftə ərzində artıq ikinci etiraz aksiyasıdır.

 

Etirazçılar hesab edir ki, Buteflik daha 5 il ölkəni idarə etmək üçün həm yaşlı, həm də xəstədir. 

# 405
avatar

Oxşar yazılar