Əhməd Davudoğlu AKP başqanlığına və baş nazirliyə namizəd oldu
21 avqust 2014 21:53 (UTC +04:00)

Əhməd Davudoğlu AKP başqanlığına və baş nazirliyə namizəd oldu

Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Türkiyənin rəsmi “Anadolu” xəbər agentliyinin məlumatına əsasən, iclas partiyanın hazırkı başqanı və ölkənin baş naziri Rəcəb Tayyip Ərdoğanın sədrliyi ilə keçirilib. İclasda Ərdoğan  AKP başqanlığına namizədin hazırkı xarici işlər naziri Əhməd Davudoğlunun olduğunu açıqlayıb. O bildirib ki, partiyanın qurultayında başqan seçiləcəyi təqdirdə Türkiyə respublikasını 62-ci hökumətinin baş nazirliyinə də namizədləri  Əhnəd Davutoğlu olacaq.  Ərdoğan qeyd edib ki, hökumətin Davudoğlunun idarəçiliyi ilə də prinsipiallığını qoruyacağına inanır: “İstər paralel yapı ilə mübarizədə istərsə də  çözüm sürəci məsələsində prezident olaraq daim Davudoğlunun yanında olacam, bundan heç kimin şübhəsi olmasın”, deyə Rəcəb Tayyip Ərdoğan qeyd edib.
 
Qeyd edək ki, hakim AKP-nin avqustun 27-də  qurultayın a təyin olunub. Partiyanın yeni rəhbəri də qurultayında müəyyən ediləcək.
 
Xatırladaq ki, AKP başqanı və hazırkı baş naziri Rəcəb Tayyip Ərdoğan avqustun 11-də keçirilmiş seçkilərdə Türkiyənin prezidenti seçilib. 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2020
avatar

Oxşar yazılar