Hamiləliklə bağlı İranın ali rəhbəri ayətullah Seyid Əli Xamneyinin xəbərdarlığından sonra iranlı həkimlər həbs edilə bilər.
Lent.az-ın “RİA Novosti”-yə istinadən məlumatına görə, “əl-Ərəbiyyə” bildirib ki, o, İslam Respublikasında doğumun artırması ilə bağlı çağırış etdikdən sonra məmurlar bu haqda qanun layihəsi hazırlayaraq, məclisə təqdim edib. Sənəd parlamentdə müzakirə olunduqdan sonra qanun layihəsi üzərində tamamlama işlərini başa çatdırmaq üçün onu ölkənin Səhiyyə Nazirliyinə göndəriblər.
Nəzarət Şurası da bu sənədə baxdıqdan sonra o, qüvvəyə minəcək.
İranın lideri bir müddət öncəki çıxışında ölkədə doğumunu azalmasına diqqəti çəkib. O, bildirib ki, 30 il öncə İranda hər ailəyə orta hesabla 6 uşaq düşürdüsə, indi bu rəqəm ikidən çox deyil. O, bunu İran cəmiyyətinə “mənəviyyatsız qərb həyat tərzinin təsiri” ilə əlaqələndirib.