Əfqanıstanda taliblər 12 istehkamçını güllələdi
13 dekabr 2014 22:53 (UTC +04:00)

Əfqanıstanda taliblər 12 istehkamçını güllələdi

Əfqanıstanın Hilmənd əyalətində silahlılar 12 istehkamçını qətlə yetirib. APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, hərbçilərin əks-hücumu nəticəsində 4 silahlı öldürülüb, üç nəfər saxlanılıb.        

 

Məlumata görə, hücum “Taliban” hərəkatı tərəfindən törədilib.      

 

Qeyd edək ki, son sutka ərzində “Taliban”  silahlıları Əfqanıstanda hərbçilərlə dolu avtobusu partladıb, nəticədə 6 nəfər ölüb. Bundan başqa silahlılar NATO-nun iki hərbçisini və Əfqanıstan Ali Məhkəməsinin katibliyinin rəhbərini qətlə yetiriblər.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 284

Oxşar yazılar