Əfqanıstanda prezident seçkisi başa çatıb. Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, gözlənilmədən seçicilərin çoxluğu səsvermə müddətinin bir saat uzadılmasına səbəb olub.
Leysan yağışın yağmasına baxmayaraq, seçki məntəqələrində səsvermə üçün uzun növbələr yaranıb.
Mənbə xatırladıb ki, taliban seçki başlamazdan öncə bu siyasi tədbiri pozacağını bəyan etmişdi. Ancaq aprelin 5-də yalnız bir məntəqədə tədbiri pozmağa cəhd olunub.
Əfqanıstan prezidentliyi uğrunda 8 namizəd mübarizə aparıb. Ölkə Ana Yasasına uyğun olaraq, hazırkı dövlət başçısı Həmid Karzay prezidentliyə namizədliyini irəli sürməyib. Əfqanıstan Konstitusiyasına əsasən, o, üçüncü müddətə namizədliyini irəli sürə bilməz.