Əfqanıstanın Qilmend əyalətində terror aktı törədilib.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, nəticədə azı 4 nəfər ölüb, 5 nəfər xəsarət alıb.
Məlumata əsasən, terrorçu-kamikadze təhlükəsizlik qüvvələrinə məxsus blok-postda partlayıcı maddəni işə salıb. Həlak olanlardan 2 nəfər asayiş keşikçiləridir.
Partlayışa görə məsuliyyəti hələ ki, heç bir qruplaşma öz üzərinə götürməyib.