Əfqanıstanın şimalı əyalətlərində, Qunduz və Bağlanda talibana qarşı anti-terror əməliyyatı həyata keçirilib.
Lent.az-ın “Anadolu” agentliyinə istinadən məlumatına görə, əməliyyatlar nəticəsində 19 taliban yaraqlısı öldürülüb.
Qunduzun Təhlükəsizlik İdarəsinin sözçüsü Səid Sərvər Hüseyni bildirib ki, əyalətin Dəşti-Arçi qəsəbəsində keçirilən hərbi əməliyyat nəticəsində 9 terrorçu öldürülüb, 14-ü yaralanıb.
Bağlanın Təhlükəsizlik İdarəsinin təmsilçisi Əhməd Cavad Bəşarət iki gün öncə başlayan hərbi əməliyyatlar davam etdiyini, 10 taliban yaraqlısının öldürüldüyünü, 10-unun isə yaralandığını bildirib.
Onun sözlərinə görə, anti-terror əməliyyatları nəticəsində 12 kənd taliban yaraqlılarından “təmizlənib”.