Əfqanıstan hakimiyyəti yaxın zamanda Birləşmiş Ərəb Əmirliyində “Taliban” hərəkatının liderləri ilə danışıqları bərpa edəcək.
Lent.az-ın “İTAR-TASS”-a istinadən məlumatına görə, bu haqda Əfqanıstanın Ali Sülh Şurasının təmsilçisi Məhəmməd Əmin Vakad açıqlama verib.
Onun sözlərinə görə, bir neçə görüşün keçirilməsi nəzərdə tutulub. Danışıqlar Əfqanıstandakı mövcud hakimiyyətlə taliban rejimi dövründə maliyyə naziri işləmiş Ağacan Mütəsim və hərəkatın başqa funksionerləri arasında keçiriləcək.
“Biz görüşə Molla Ömərin tərəfdarların da dəvət edəcəyik” -deyə, təmsilçi söyləyib.
Şuranın bəyanatında bildirilib ki, prezident Həmid Karzayla Əmirliyin baş naziri Məhəmməd bin- Rəşid əl-Maktum arasında bu haqda telefon danışığı olub.
Əfqanıstanın siyasi elitası sülh danışığının təşkilində Əbu-Dabinin yardımına böyük ümid edir.