Edamdan qurtulan sudanlı qadını ailəsi ilə birlikdə tutublar
25 iyun 2014 04:48 (UTC +04:00)

Edamdan qurtulan sudanlı qadını ailəsi ilə birlikdə tutublar

Sudanda İslamdan imtina etdiyi üçün barəsində edam hökmü çıxarılan Məryəm Yəhya İbrahim yenidən həbs edilib. Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, o, ölkə paytaxtı Xortumun hava limanında ailəsi ilə birlikdə tutulub.

 

Mənbə bildirib ki, ölkə təhlükəsizlik xidmətinin 40 yaxın əməkdaşı onu, həyat yoldaşı Deniel Vani və iki uşağını həbs edərək, naməlum istiqamətə aparıblar. Mənbənin məlumatına əsasən, onlara qarşı irəli sürülən ittiham bəlli deyil.

 

Bu ilin mayında islamdan dönərək, xristianlığı qəbul etməkdə təqsirli bilinən 27 yaşlı M.İbrahim barəsində ölüm hökmü çıxarılmışdı. 

 

İyunun 23-də onlar ABŞ getməyə hazırlaşırmışlar.

 

Appellyasiya məhkəməsi ölüm hökmünü ləğv etdikdən sonra onu sərbəst buraxıblar.

 

O, fevralda həbs edilib və ikinci övladını həbsxanada dünyaya gətirib.

 

 

Atası müsəlman olan M.İbraim 2011-ci ildə xristian Deniel Vani ilə ailə həyatı qurub.

 

Məlumatda xatırladılıb ki, edam hökmündən öncə ona yenidən islama dönmək təklif edilib. Bundan başqa M.İbrahim xristiana ərə getdiyi üçün zinada da ittiham olunmuşdu.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 940
avatar

Oxşar yazılar